Dünya
11-11-2020, 21:51
228
Fərari general Paşinyanı mənəviyyatsız adlandırdı
Erməni general Vitali Balasanyan Ermənistan Baş naziri Nikol Paşinyanın Şuşa şəhəri ilə bağlı “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsakuryana ünvanladığı ittihamlara cavab verib.
Balansanyan bu iddianı ordunu təhqir etmək kimi qiymətləndirib.
“Şuşanın Qaqik Tsakuryana görə itirildiyini demək orduya təhqirdir. Bu o deməkdir ki, sizin müharibə barədə anlayışınız yoxdur. Yerevanlı biznesmenin öz könüllü dəstəsi ilə Şuşanı xilas etməli olduğu barədə deyilənlər mənəviyyatsızlıqdır. Şuşanı ordu müdafiə etməli idi, hansısa fərd, yaxud könüllülər yox”.
Paşinyan Qaqik Tsakuryanın hökumətin ünvanına səsləndirdiyi tənqidlərə cavab olaraq onu könüllü dəstə yaratsa da, Qarabağda savaşa getməməkdə və Şuşanın itirilməsində ittiham etmişdi.