"Endirilən zərbələr Krım körpüsünun vurulmasına cavabdır" - Putin
2-12-2022, 16:31
6 577

"Endirilən zərbələr Krım körpüsünun vurulmasına cavabdır" - Putin

Ukraynadakı hədəflərə endirilən zərbələr Kiyevin təxribatlarına, o cümlədən Krım körpüsündə törədilən terror aktına məcburi cavabdır. 
Kremlin saytında dərc edilən məlumatda bildirilir ki, bunu Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şolzla telefon danışığı zamanı deyib. 
Putin qeyd edib ki, Rusiya ordusu uzun müddətdir Ukraynadakı müəyyən hədəflərə dəqiq raket zərbələri endirməkdən çəkinib: "Lakin hazırda bu cür tədbirlər Kiyevin Rusiyanın mülki infrastrukturuna, o cümlədən Krım körpüsünə və enerji obyektlərinə qarşı təxribat xarakterli hücumlarına məcburi və qaçılmaz cavaba çevrilib". 

Oxşar xəbərlər