Bayden Afrika İttifaqını G20-yə üzv olmağa dəvət edib
16-12-2022, 23:17
7 156

Bayden Afrika İttifaqını G20-yə üzv olmağa dəvət edib

ABŞ prezidenti Co Bayden Afrika İttifaqını İyirmilik Qrupuna (G20) qoşulmağa dəvət edib.
O, bu barədə cümə axşamı Amerika paytaxtında keçirilən ABŞ-Afrika sammiti zamanı bildirib.
 "Bu gün mən Afrika İttifaqını G20-yə daimi üzv kimi qoşulmağa dəvət edirəm", - çıxışı Ağ Evin saytında yayımlanan Amerika lideri vurğulayıb .
Bazar ertəsi mətbuat brifinqində ABŞ-ın milli təhlükəsizlik müşaviri Jake Sullivan, Baydenin sammit zamanı Afrika ilə bağlı bir sıra təşəbbüsləri, o cümlədən ABŞ-ın Afrika İttifaqının G20-yə daimi üzv kimi qoşulmasına dəstəyini elan etmək niyyətində olduğunu söyləyib.
Qeyd edək ki, dekabrın 13-15-də Vaşinqtonda ABŞ-Afrika Sammiti keçirilir. Ağ Evin daha əvvəl xəbər verdiyi kimi, burada 49 Afrika ölkəsinin dövlət və hökumət başçıları, eləcə də Afrika İttifaqının nümayəndəsi iştirak edir. Üç gün davam edəcək sammitə beş ölkə dəvət edilməyib. Burkina Faso, Qvineya, Mali və Sudanı dəvət etməkdən imtina etməsini ABŞ onunla izah edir ki, orada dövlət çevrilişləri baş verib və Afrika İttifaqı bunun nəticəsində hakimiyyətə gələn hökmdarları tanımır. 

Oxşar xəbərlər