Pelenin səhhəti yenidən pisləşdi
22-12-2022, 22:28
7 431

Pelenin səhhəti yenidən pisləşdi

Üçqat dünya çempionu, məşhur braziliyalı futbolçu Pelenin səhhəti yenidən pisləşib.
Xarici KİV xəbər verir ki, bu barədə keçmiş futbolçunun həkimləri məlumat veriblər.
Bildirilir ki, noyabrın 29-da düz bağırsağın xərçəngi, tənəffüs yolu infeksiyasının müalicəsi üçün kimyaterapiya kursunu tənzimləmək üçün xəstəxanaya yerləşdirilən Edson Arantis do Nasimentonun (əsl adı Pele - Red) müalicəsində mənfi tendensiya müşahidə olunur, buna görə də böyrək və ürək disfunksiyası səbəbindən daha intensiv müalicə tələb olunur.

Oxşar xəbərlər