“Sen çal kapımı” Rusiyada çəkiləcək
22-12-2022, 17:26
6 000

“Sen çal kapımı” Rusiyada çəkiləcək

Türkiyənin məşhur “Sen çal kapımı” serialının Rusiyada adaptasiyası çəkiləcək.
Layihəni “Mediaslovo” şirkəti “Qazprom-Media” holdinqi və “Okko” onlayn kinoteatrı ilə birgə istehsal edəcək.
“Okko”nun mətbuat xidməti aydınlaşdırıb ki, layihənin həyata keçirilməsi mümkünlüyü türk müəllif hüquqları sahibləri “Madds” ilə uzun sürən danışıqların nəticəsidir. 
Sözügedən layihənin rus versiyası TNT-də, “Okko” və “Premier” onlayn kinoteatrlarında yayımlanacaq.

Oxşar xəbərlər