Fransız diplomat İrəvanda qarət olundu
23-12-2022, 18:49
6 033

Fransız diplomat İrəvanda qarət olundu

Dekabrın 21-də Ermənistan Polisinə XİN-in Dövlət Protokol Xidmətindən məktub daxil olub.
"Aravot" xəbər verir ki, məktubda bildirilib ki, noyabrın 5-də Fransanın Yekaterinburqdakı baş konsulu Pyer-Alen Koffinye İrəvanın "Zvartnots" Beynəlxalq Hava Limanında təyyarəyə minib. Diplomatın əlində kompüter çanta və əl yükü formasında çamadan olub.
Eyni zamanda, ikinci baqajda nağd pul varmış. Diplomat Rusiyaya gələn kimi çamadanın qıfılının qırıldığını, pulun yerində olmadığını görüb.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər