Səudiyyə Ərəbistanına qar yağdı
29-12-2022, 10:29
761

Səudiyyə Ərəbistanına qar yağdı

Fars körfəzi ölkələrindən Küveytə dolu, Səudiyyə Ərəbistanına isə qar yağıb. 
Bu barədə Küveytin Daxili İşlər Nazirliyi ölkədə əlverişsiz hava şəraitinin olduğunu açıqlayıb. Güclü yağış səbəbindən bir çox yollar nəqliyyatın hərəkətinə bağlanıb.
Ərəbistanının şimal-qərbindəki Təbuk bölgəsinə də qar yağıb. Havaların soyuq keçməsi ilə əlaqədar Cəbəl-əl-Lauz dağı və ətraf ərazilər qara bürünüb. 

Oxşar xəbərlər