Türkiyədə qısa ətəkli müəllim gündəm oldu
6-01-2023, 11:05
682

Türkiyədə qısa ətəkli müəllim gündəm oldu

Türkiyədə xanım müəllim dövlət qulluğu imtahanı üçün sınaq kurslarına qatılan şəxslərin qarşısına uyğun olmayan geyim tərzində çıxıb.
Gənc qadının olduqca qısa ətəkdə tədris prosesinə qatılması birmənalı qarşılanmayıb.
Görüntülər sosial şəbəkələrdə yayılıb.
İstifadəçilər hadisəyə fərqli münasibət göstəriblər. Bir qisim qadını müəllim adına yaraşmayan geyimə görə tənqid etdikləri halda, digərləri sərbəst seçim haqqının ədəb qaydalarından üstün olduğunu qeyd ediblər.

 

Oxşar xəbərlər