Hillari Klinton bu universitetdə dərs deyəcək
6-01-2023, 14:43
14 075

Hillari Klinton bu universitetdə dərs deyəcək

ABŞ-ın keçmiş dövlət katibi və keçmiş birinci xanım Hillari Klinton Kolumbiya Universitetinin Beynəlxalq Əlaqələr Departamentinin akademik heyətinə qatılıb.
Univerisitetdən verilən açıqlamada Klintonun qlobal münasibətlərə dair mühazirələr oxuyacağı bildirilib. Beynəlxalq Əlaqələr Departamentinin akademik heyətinə qoşulan Klinton həm də universitetin "Columbia World Projects" qrupunun məsləhətçisi olacaq.
Kolumbiya Universitetinin prezidenti Li Bollinqer  “Onun müstəsna istedadı və bacarığı təcrübəsi ilə birləşən unikal addır. Tədqiqat və təhsil sahəsində universitetə böyük töhfə verəcək”.
Keçmiş prezident Bill Klintonla evli olan Hillari Klinton ABŞ-da qadınlar və gənclər üçün təhsillə bağlı da məsləhətlər verəcək.
Qeyd edək ki, Klinton Yale Universitetində hüquq təhsili alıb.

Oxşar xəbərlər