Serdarın ayağı tutuldu
13-01-2023, 17:52
6 467

Serdarın ayağı tutuldu

Türk müğənni Serdar Ortaç sevənlərini məyus edib.
MS - dağınıq sklerozdan (beyin və mərkəzi sinir sistemi xəstəliyidir - red.) əziyyət çəkən sənətçi yaşadığı çətin anlardan danışıb.
Bu haqda Serdar Alişanın verilişində qonaq olarkən söz açıb.
“Sol ayağım tamamilə işləmir. Ayağımı qaldırmaqda çətinlik çəkirəm. Sənin kimi yeriyib-qaçmaq istəyərdim”, - deyə, S. Ortaç bildirib.

Oxşar xəbərlər