Şahzadə Harrinin kitabı satışda rekord qırdı
13-01-2023, 18:14
6 458

Şahzadə Harrinin kitabı satışda rekord qırdı

Şahzadə Harrinin “Spare” memuarı yanvarın 10-da rəflərdə yerini alıb. 
Şahzadə Uilyam ilə mübahisə, Keyt Middlton və Meqan Markl arasındakı geyim böhranı və onun atası Kral Çarlzın Marklı Kraliça Elizabetin dəfn mərasimindən uzaq tutması kimi təəccüblü başlıqları özündə əks etdirən nəşr ilk günündə satış rekordları qırıb. 
Kitab ABŞ, Böyük Britaniya və Kanadada 1,4 milyon nüsxə sataraq böyük uğur qazanıb. 
Penguin Random House nəşriyyatının açıqlamasına görə, “Spare” bu satış rəqəmi ilə gerçək hekayələrdən bəhs edən kitablar arasında birinci olub.


Oxşar xəbərlər