Burkina Fasoda 60 qadın qaçırılıb
16-01-2023, 11:49
1 197

Burkina Fasoda 60 qadın qaçırılıb

Silahlılar Burkina Fasonun şimalında 60-a yaxın qadını qaçırıblar.
Bu barədə Aribenda hakimiyyətinə istinadən məlumat yayılıb.
Məlumata görə, yanvarın 12 və 13-də yaraqlılar şəhərin yaxınlığında meşəlik ərazidə giləmeyvə yığan qadınlara hücum ediblər.
Ordu bölmələri və yerli özünümüdafiə qüvvələri oğurlananların axtarışını davam etdirir.
Səlahiyyətlilər hücumların terror qruplaşmalarının yaraqlıları tərəfindən törədildiyini güman edirlər.
Mənbə: TASS

Oxşar xəbərlər