Bu ölkədə iPhone 14 ucuzlaşacaq
20-01-2023, 12:56
1 138

Bu ölkədə iPhone 14 ucuzlaşacaq

"Apple" ölkə bazarında satışları artırmaq üçün Çində bütün iPhone 14 smartfonlarının qiymətlərini endirib.
Bu barədə "My Drivers" portalı məlumat yayıb.
Belə ki, "Apple” smartfonlarının qiymətləri 1000 yuan (təxminən 150 dollar) ucuzlaşıb. Mənbələrə görə, bu hal 2024-cü ilə qədər davam edəcək.
"My Drivers"a görə, "Trend Force" analitikləri daha əvvəl 2023-cü ilin birinci rübündə iPhone satışlarının 47 milyon ədədə qədər azalacağını proqnozlaşdırmışdılar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22% azdır. Bu, ilk dəfə deyil ki, "Apple" öz smartfonlarının satışını stimullaşdırmaq və düzəltmək üçün bir sıra bazarlarda qiymətləri aşağı salır.

Oxşar xəbərlər