Braziliyalı futbolçu Dani Alveş həbs olundu
21-01-2023, 21:47
17 501

Braziliyalı futbolçu Dani Alveş həbs olundu

Barselona məhkəməsi braziliyalı futbolçu Dani Alveşi həbs edib.
Bu barədə “ Marca ” məlumat yayıb .
Dünyanın ən titullu futbolçusu girov hüququ olmadan həbsxanada olacaq.
Xatırladaq ki, futbolçu cinsi qısnamada təqsirləndirilir.
Qeyd olunur ki, 39 yaşlı D.Alveş bir neçə gün əvvəl Barselonadakı gecə klublarından birində əylənərkən orada olan qadınlardan birini seksual qısnamaya məruz qoyub.
Alves daha əvvəl ona qarşı irəli sürülən bütün ittihamları rədd edərək, ittiham olunan şeyi etmədiyini deyib.
Qeyd edək ki, braziliyalı futbolçunun həyat yoldaşı onun müdafiəsinə qalxıb. O, iddia edir ki, əks cinsin özü idmançıya yapışır və o, heç nə etməyib.
Meksikaya köçməzdən əvvəl  braziliyalı Barselonada, həmçinin 2008-2016-cı illərdə oynayıb və klubla 23 kubok qazanıb.
Daha əvvəl döyüşçünün həyat yoldaşı Aleksandr Emelianenko ərinə qarşı zorlama iddialarına inanmadığını bildirib .

Oxşar xəbərlər