Braziliyada avtobus qəzası: Ölənlər var
27-01-2023, 21:26
7 735

Braziliyada avtobus qəzası: Ölənlər var

Braziliyanın şimal-şərqində tibbi mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində azı 12 nəfər ölüb, iki nəfər ağır yaralanıb.
Bu barədə “Sinxua” məlumat yayıb.
Hadisə gecə saaatlarında Tokantins ştatının Natividadi bələdiyyəsi yaxınlığında baş verib. Qəza nəticəsində Almas şəhərinin Səhiyyə Katibliyinə məxsus furqonda olan yeddi qadın, dörd kişi və bir körpə həlak olub. Qəzanın baş vermə səbəbləri araşdırılır.  

Oxşar xəbərlər