ABŞ-da bir gündə 1800-dən çox insan koronavirusdan ölüb
20-11-2020, 15:30
224

ABŞ-da bir gündə 1800-dən çox insan koronavirusdan ölüb

ABŞ-da bir gündə koronavirusa yoluxma sayı 170 minə çatıb.
Bakıtv.az Cons Hopkins Universitetinin yaydığı məlumata istinadla xəbər verir ki, bu, cari ilin yanvarının əvvəlindən bəri gündəlik göstəricilərin sayında ikinci yüksək rəqəmdir. Həmçinin çərşənbə günü 1800-dən çox insanın koronavirusdan ölməsi məlum olub.
Pandemiya başlanandan bütün ölkə üzrə 11,54 milyon yoluxma və 250.100 ölüm halları qeydə alınıb.
İlin sonunadək ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayının 300 minə çatacağı ehtimal olunur. 
ABŞ-da COVID-19 səbəbindən xəstəxanalara yatırılanların sayı 2500 nəfər artaraq hazırda 80 min nəfər təşkil edir.

Oxşar xəbərlər