"ABŞ Ukraynaya 150 km-lik raketlər verəcək" - KİV
1-02-2023, 23:30
7 945

"ABŞ Ukraynaya 150 km-lik raketlər verəcək" - KİV

ABŞ yaxın vaxtlarda Ukraynaya 150 kilometrə qədər mənzili olan raketlər ötürmək niyyətindədir.
Bu barədə "Reuters" agentliyi məlumat dərc edib. 
"İsveç-Amerika dizaynlı bu raketlər də HIMARS qurğularından buraxılır və onlarla kilometr məsafədə hərəkət edən hədəfləri vura bilir", - məlumatda deyilir. 
İndiyədək amerikalılar və digər müttəfiqlər tərəfindən Ukrayna ordusuna verilən raketlərin uçuş məsafəsi 80 kilometrdən bir qədər çox idi. 
Məlumata görə, bu həftə Ukraynaya əlavə 2,2 milyard dollarlıq yeni hərbi yardım paketi açıqlanacaq.

Oxşar xəbərlər