SEPAH İranda neft tankerlərini vurdu - Ölənlər var (VİDEO)
9-02-2023, 11:37
2 600

SEPAH İranda neft tankerlərini vurdu - Ölənlər var (VİDEO)

İranda yaşayan Bəluclara aid neft tankerləri SEPAH qüvvələri tərəfindən vurulub. 
İran KİV-ləri xəbər verir ki, hadisə Sistan və Bəlucistan sərhəd bölgəsinin İranşəhr ərazisində baş verib. 
Məlumata görə, İslam İslam İnqilabı Keşikçiləri Korpusunu iki yanacaq tankerini atəşə tutulması nəticəsində yanğın digər 3 tankerə də keçib. Hadisə zamanı 5 nəfər ölüb. 
Hadisə şahidləri yanğınla bağlı İranşəhər yanğınsöndürmə idarəsi ilə əlaqə saxlamasına baxmayaraq, idarənin şəxsi heyəti yanğını söndürməyə getməyib. Onlar xilasetmə xidmətinin əhatə dairəsi xaricində olduğunu bəhanə edərək alovu söndürməkdən imtina ediblər. 



Oxşar xəbərlər