Unutqanlığı aradan qaldıran 4 əsas qida
13-02-2023, 15:43
7 542

Unutqanlığı aradan qaldıran 4 əsas qida

Unutqanlıq təlaşlı insanların tez-tez yaşadığı əhval-ruhiyyədir.
Xarici mətbuat xəbər verir ki, günümüzdə ən böyük problemi olan unutqanlığın aradan qaldırılması düzgün qidalanmadan asılıdır.
Tünd şokolad
Tünd şokolad beyni uzun müddət sağlam saxlayan və qoruyan şirin qidadır. Şokoladı yetəri qədər istehlak etmək lazımdır, əks halda tünd şokolad kökəlməyə səbəb ola bilər.
Qoz
Unutqanlığı aradan qaldırmaq üçün hər səhər 2 ədəd qoz yeməyi tövsiyə edilir. Qoz orqanizmi hər cəhətdən qoruyur.
İspanaq
Dəmir və omeqa yağ turşuları ilə zəngin olan ispanaq sinir sisteminə güclü təsir göstərir. Uşaqların ispanaq istehlak etməsi onların beyninin daha sağlam şəkildə inkişaf etməsinə səbəb olacaq.
Balıq
Balığın istehlak edilməsi beyin hüceyrələrinin zədələnməsinin qarşısını alır. Həftədə iki dəfə balıq yeməklə yaddaş itkisinin və beyin hüceyrələrinin ölümünün qarşısını alır.

Oxşar xəbərlər