Sertap Erener zəlzələdə zərər çəkmiş heyvanlar üçün sığınacaq qurur
14-02-2023, 11:55
766

Sertap Erener zəlzələdə zərər çəkmiş heyvanlar üçün sığınacaq qurur

Türkiyədə baş vermiş zəlzələdən sonra 10 vilayətdə dəhşətli vəziyyət yaşanır. İnsanlar kimi heyvanlar da əziyyət çəkir. 
Türkiyə mediası xəbər verir ki, tanınmış müğənni Sertap Erener zəlzələdən əziyyət çəkmiş heyvanlara sığınacaq qurmaq üçün hərəkətə keçib.
O, heyvanların təhlükəsiz ərazilərə köçürülməsi üçün fəaliyyətə başlayıb və təhlükəsiz zonada heyvanlar üçün sığınacaq tikdirib.

Oxşar xəbərlər