Manşet
16-02-2022, 16:53
7 421
Kənd Təsərrüfatında tender oyunları…- Etimadı doğrultmayan NAZİR İnam Kərimovun OYUNBAZLIĞI…
Kənd Təssərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev tərəfindən əvvəlcədən xüsusi hazırlanmış ssenari üzrə həyata keçirilmiş “tenderlər serialı”nın yeni "metastaz"ları özünü biruzə verməkdədir.
Belə ki, dövlət satınalmalarının dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi prinsipləri əsasında həyata keçirilməsini təmin etmək məqsədilə həmin sahə üzrə dövlət tənzimlənməsində, dövlət siyasətinin, normativ hüquqi aktların hazırlanmasında və ekspertizasının aparılmasında, həmçinin dövlət satınalmaları haqqında qanunvericiliklə müəyyən edilmiş hallarda dövlət müəssisələri və büdcədən maliyyələşən təşkilatlar tərəfindən malların satınalınması üzrə yaradılan tender komissiyalarının işində iştirak etməklə və dövlət büdcəsinin icrasına, dövlət büdcəsindən, o cümlədən məqsədli büdcə fondlarından ayrılan vəsaitlərdən təyinatı üzrə istifadə olunmasına, habelə büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlar üzrə vəsaitlərinin əldə edilməsinə və maliyyə orqanları ilə razılaşdırılmış qaydada təsdiq edilmiş smetaya uyğun istifadəsinə öz səlahiyyətləri daxilində nəzarəti həyata keçirməli olan Maliyyə Nazirliyi və dövlət vəsaiti hesabına malların satın alınması sahəsində aidiyyəti dövlət orqanları ilə birlikdə dövlət siyasətinin formalaşdırılmasında iştirak etməli, bu sahədə dövlət nəzarətinin həyata keçirilməsini strukturuna daxil olan müvafiq qurum vasitəsilə təmin etməli olan İqtisadiyyat Nazirliyi və sair səlahiyyətli orqanların diqqətinə:
Kənd Təsərrüfati Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi və “Heyvanlar arasında Çiçək, Nodulyar Dermatit, Qarayara və Leptospiroz xəstəliyinə qarşı vaksin” adlı tenderdə ən aşağı qiymət təqdim etmiş, lakin təkilfində “ciddi qüsurlarına görə təklifi rərdd edilmiş Bakı şəhəri, Sabunçu qəsəbəsi, Bünyatov küçəsi ev 6, mənzil 1 ünvanda, 29 may 2018ci ildə qeydə alınmış, 10 manat nizamnamə kapitalı olan Caspian Eyes şirkətinin sahibi Mahmudov Vasif tərəfindən 10 oktyabr 2019cu ildə Gürcüstanın Poti şəhərindəki Azad iqtisadi zonada 415106389 nömrə ilə qeydiyyata alınmış Ltd Forester arasında 15 oktyabr 2021ci il tarixdə “bir mənbədən satınalma” qaydasında Bakı şəhərində S-13 saylı müqavilə imzalanmışdır. Müqavilə Foresrerə heç bir tender keçirilmədən bir mənbədən satinalma metodu tətbiq edilməklə verilmişdir. Müqaviləni Aqrar Xidmətlər Agentliyi tərəfindən cənab Mirzə Əliyevin müavini Bayandur Rzayev, Ltd Forester tərəfindən isə güya Jobava Laşa adlı icraçı direktor imzalamışdır.
Müqavilənin şərtlərinə görə “İcraçı” (yəni Forester) 30 dekabr 2021ci il tarixinə qədər Aqrar xidmətlər agentliyinə dabaq xəstəliyinə qarşı iri buynuzlu heyvanlar üçün 2 milyon 60 min doz polivalent və xırda büynuzlu heyvanlar üçün 1 milyon 121 min 594 doz bivalent vaksin (cəmi 3 milyon 381 min 594 doz) təhvil verməyi və bunların müqabilində Aqrar xidmətlər agentliyi 3 milyon 79 min 329 manat 48 qəpik pul ödənilməsini öhdələrinə götürüblər.
İlk baxışda bunla heç bir şübhəli hal kimi görünmür. İndi isə bu satınalmanı incələyək:
1. Qida təhlükəsizliyi agentliyinin Ü/130 nömrəli, 20 sentyabr 2021-ci il tarixli Əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2022-ci il üzrə epizootiya əleyhinə profilaktik və diaqnostik Tədbirlər Planına” əsasən 2022ci ildə ölkədə dabaq xəstəliyinə qarşı tam vaksinasiya üçün iri buynuzlu heyvanlar üçün 4 milyon 800 min doz polivalent və xırda büynuzlu heyvanlar üçün 10 milyon doz bivalent vaksin (cəmi 14 milyon 800 min 594 doz) vaksin əldə edilməlidir.
Qida təhlükəsizliyi agentliyi bu rəqəmi hesablamaq üçün 2022ci ildə proqnozlaşdırılan heyvanların ümumi sayının 1,5 mislini götürüb. Belə ki, dabaq xəstəliyinə qarşı vaksinasiya ildə 2 dəfə aparılmalıdır. Birinci dəfə bütün heyvanlar vaksinasiya edilir, ikincı dəfə isə heyvanların 50 faizi. Görəsən cənab Mirzə Əliyevin mütəxəssisləri 3 381 594 rəqəmini 1vahid dəqiqliklə necə hesablayıb. Bu manipulyasiya metodu “yeni ixtiradır” yoxsa sövdələşmə? Yəni sövdələşmə dedikdə kimsə gəlib deyir ki, mən filan ambarda filan qədər filan malın yerini bilirəm və tərəflər “kimə nə qədər çatacaq” nəzərə alınmaqla filan qiymətlə razılaşıb “səmərəli” əməkdaşlığa başlayırlar.
2. Bir mənbədən satınalma üsulunu tətbiq etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən razılıq alınmasının qəribə tarıxçəsi və özəllikləri:
1 sentyabr 2021-ci il tarixdə hörmətli Mirzə müəllim 03/25-08-18-2167 nömrəli məktubla İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məktubla müraciət edərək Aqrar Xidmətlər Agentliyi tərəfindən iri va xırda buynuzlu heyvanlar üçün polivalent və bivalent dabaq vaksinlarinin satın alınması barədə müraciət edib. Antiinhisar və lstehlak Bazarrna Nəzarət Dövlət Xidmətində aidiyyəti üzrə baxılaraq 3 sentyabr 2021ci il tarixli 05/02-5/20008 nömrəli məktubla Kənd təsərrüfatı nazirliyinə Antiinhisar va lstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən cənab Məmməd Abbasbəylinin imzası ilə bildirilmişdir ki, “Azərbaycan Respublikası Qanununun 17.1-ci va 50-1.1-ci maddələrinə uyğun olaraq yalnız mikro, kiçik ve orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender metodunu tətbiq etməklə elektron satınalma vasitəsilə həyata keçirilməsini məqsədəmüvafiq hesab edirik”.
Bu cavab “sövdələşmə” tərəflərini qane etmədiyindən 23 sentyabr 2021-ci il tarixli 03/25-08-18-2380 nömrəli məktubla Antiinhisar va lstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə yenidən müraciət edilir. Bu dəfə isə Antiinhisar va lstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin digər rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən cənab Sahib Məmmədovun imzası ilə dərhal və təxirə salınmadan, yəni 24 saaat ərzində 15/01-5/22198 nömrəli cavabla cənab Məmməd Abbasbəylinin düzgün qərarı inkar edilərək bildirilir ki, sən demə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.03.2006-ci il tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş "Baytarlıq sahəsində profilaktikası diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı"na uyğun olaraq ölkə ərazisində mövcud olan iri və xırdabuynuzlu heyvanların hər birinin fərdi qaydada il ərzində iki dəfə dabaq xəstəliyinə qarşı peyvəndləməyə cəlb olunmasının tələb olunduğunu, ənənəvi olaraq Rusiya ve digər qonşu dövlətlərdən alınan dabaq xəstəliyi əleyhinə vaksinlərin keyfiyyətinin Umumdünya Heyvan Sağlamlığı Təşkilatının (OİE) standartlarına cavab vermədiyini, bununla əlaqədar olaraq son illər Qida Təhlükəsizliyi Agentliyinin tövsiyəsinə əsasən adı çəkilən vaksinlərin Türkiyə Respublikasının OIE-nin GMP sertifikatına malik olan istehsalçı müəssisələrindən alındığını heyvanlar arasında dabaq xəstəliyinə qarşı regionda ən yüksək səviyyəli vaksin istehsal edən Türkiyənin "Şap" (Dabaq) lnstitutunun iri və xırdabuynuzlu heyvanlar üçun polivalent və bivalent dabaq vaksinlərinin alınmasının məqsədəmüvafiq hesab olunduğunu, hazırda ölkə üzrə iribuynuzlu heyvanlar üçün 2.060.000 doza polivalent (A, O, Asiya-1 va Türksat tipli), xırdabuynuzlu heyvanlar üçün isə 1.220.000 doza bivalent (A ve O tipli) dabaq vaksinlərinin alınmasına zərurət yarandığını, regionda dabaq
xəstəliyinin yayılma riskınin vaxtında qarşısının alınmasının vacibliyini nəzərə alaraq, Azərbaycan Respubiikasrnrn 2021-c1 il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına 3.100.000,00 (uç milyon yüz min) manat məbləğində polivalent ve bivalent dabaq vaksinlərinin satrn alrnmasrnrn "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.2-ci maddəsinə uyğun olaraq bir mənbədən satınalma metodunu tətbiq etməklə Kənd Təsərrüfatı Nazirliyi yanrnda Aqrar Xidmətlər Agentliyi ilə Türkiyanin "Şap" (Dabaq) lnstitutunun distribüteri olan "Forester" LLC (Unvan: Gurcustan, Poti) arasrnda həyata keçirilməsinə etiraz etmirik. Bütün bunlar ssenarisinə görə komediyadan daha çox əlbir olaraq korrupsiyaya qurşanmağa daha çox oxşamırmı?
Bu razılaşma ilə əlaqədar olaraq cənab Mirzə Əliyevin və cənab Sahib Məmmədovun diqqətinə çatdırılmaılıdır ki, (a) “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.03.2006-ci il tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş "Baytarlıq sahəsində profilaktikası diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklarinin siyahısı"na uyğun olaraq ölkə ərazisində mövcud olan iri və xırdabuynuzlu heyvanların hər birinin fərdi qaydada il ərzində iki dəfə dabaq xəstəliyinə qarşı peyvəndləməyə cəlb olunmasının tələb olunması yenilik deyil və bir mənbədən satınalma metodunu tətbiq etmək üçün əsas deyil! (b) ənənəvi olaraq Rusiya və digər qonşu dövlətlərdən alınan dabaq xəstəliyi əleyhinə vaksinlərin keyfiyyətinin Umumdünya Heyvan Sağlamlığı Təşkilatının (OİE) standartlarına cavab vermədyi barədə istinad ağ yalandır! Belə ki, regionda olan Russiyanin Vladimir şəhərindəki mötəbər vaksin istehsalçısı olan “Heyvan Sağlamlıği üzrə Elmi Tədqiqat İnstitutuna” (ВНИИЗЖ) həm GMP sertifikatlı müəssəsədir, həm də onun vaksinləri OİE tələblərinə tam cavab verir və 2 ildir ki, Azərbaycanda tətbiq olunmasına icazə verilərək Qida Təhlükəsizliyi Agentliyində rəsmi olaraq qeydiyyatdan keçib. Müəssisənin məhsulları müvəffəqiyyətlə Qətər, Gürcüstan, Monqolustan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Cənubi Koreya, İordaniya, Livan, Suriya, Mərəkeş, Qırğızıstan, Misir, Əfqanıstan, Türkmənistan, Özbəkistan və sair ölkələrə ixrac edilir. Cənablar məgər sizin Rusiyada istehsal olunmuş vaksinlərə əsassız olaraq embarqo tətbiq etmək hüququnuz var? Russiyanın ölkəmizdəki səfiri Hökumətimizə bu barədə sorğu etsə sizlər hansı cavabı verəcəksiniz? Regionda olan Türkiyənin VETAL şirkətinin məhsulları isə Türkiyə ilə yanaşı İran, Birləşmiş Ərəb Əmirlikləri, Irak, Pakistan, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxstan, Fransa və sair ölkələrdə geniş tətbiq edilir! Sizin təriflədiyiniz "Şap" (Dabaq) lnstitutu isə Türkiyə dövlətinə məxsus məhdud istehsal gücü olan bir müəssisədir. Öz ölkəsinin bu vaksinə olan daxili tələbatını ödəməyə çalışır. Yalniz bir dəfə 2020 ci ildə müracərtdən sonra istehsal gücü məhdüd olduğundan məhsulunu böyük gecikmələrə yol verməklə offşor Forester şirkəti vasitəsi ilə Azərbaycana ixrac edə bilib.
3. ŞOK! İdxal zamanı bütün vaksinlərin tərkibi və təsiri Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılır. Cənab Mirzə Əliyevin gətizdirdiyi vaksinlərdən isə hələ indiyə qədər məqbul nəticə alınmır. Ümid edirik ki. Qida Təhlükəsizliyi Agentliyinin müvafiq labaratoriyasi həmişə olduğu kimi bu dəfə də öz obyektivliyini və prinsipiallığını göstərərək mümkün ola bilən “sövdələşmə” təkliflərini rədd edəcək.
4. Görəsən Jobava Laşa adlı belə bir məxluq ümumiyyətlə mövcuddurmu və əgər mövcuddursa 2021ci ilin sentyabrında Azərbaycanda olubmu? Yəqin bunu yalnız Dövlət sərhəd xidməti bilər.
Hələlik bu qədər.
Ümid edək ki, bu faktlar xüsusi ilə birbaşa müqavilənin istehsalçılardan biri ilə yox, ortada əsassız olaraq seçilmiş müəmmalı şirkətlərin “xidmətlərindən” istifadə edilməklə satın alınması faktı aidiyyəti orqanlarda maraq doğuracaq, büdcə vəsaitinin başına gələn tranzaksiyalar izlənəçək, istehsalçıya çatan vəsaitin həcmi aşkar ediləcək və müvafiq tədbirlər görüləcək.
Ümüd edək ki, düşünülmüş yeni və əməli tədbirlər qoyun-keçilərimizi dabaq bəlasından xilas edəcək və biz şəkil çəkdirmək üçün onlardan birinin sağlam balasını tapıb qucağımıza ala biləcəyik. /Gundelik-baku.com/