Erməni məmurlar saxta profillər yaradaraq…- Hədəfdə Paşinyandır
26-11-2020, 10:47
207

Erməni məmurlar saxta profillər yaradaraq…- Hədəfdə Paşinyandır

Ermənistanda yüksək rütbəli məmurlar sosial şəbəkələrdə saxta hesablar vasitəsilə Paşinyan hakimiyyətini tənqid edənləri hədəfə alırlar. 
Bu barədə Ermənistanın İnsan haqları üzrə müvəkkili (Ombudsman) Arman Tatoyan bildirib. “Sosial şəbəkələr saxta hesablarla doludur. Bu hesablar vasitəsilə istifadəçiləri təhqir edir və nifrət yayırlar.
Bənzər hücumlar mütəmadi olaraq Ermənistanın İnsan Hüquqları üzrə Müvəkkilinin fəaliyyəti ilə də bağlı olur.
Son günlər Ombudsmana edilən hücumların yüksək rütbəli məmurlar tərəfindən təşkil edildiyinə və ya koordinasiya olunduğuna əminik. Üstəlik, bu məmurlardan bəziləri şəxsən saxta hesablar, səhifələr yaradaq istifadəçiləri təhdid və təhqir edirlər. Bu məmurları son dərəcə təhlükəli olan əməllərini dayandırmağa çağırıram”, - deyə Tatoyan bəyan edib.

Oxşar xəbərlər