İstanbulda binalar dağıdılır
15-02-2023, 15:24
7 464

İstanbulda binalar dağıdılır

İstanbulda bələdiyyələr zəlzələ ilə əlaqədar şəhər çevrilmə işləri çərçivəsində işlərini davam etdirir.
 
Xarici medianın məlumatına görə, bu çərçivədə Büyükçekmece Bələdiyyəsi şəhər çevrilmə layihəsi çərçivəsində zəlzələ riski olan strukturları sökür.
Son zəlzələdən sonra yeni qərar verdiklərini ifadə edən Büyükçekmece Bələdiyyə Başçısı Həsən Akgün, "Vətəndaşların kefini gözləməyəcəyik. Qanunun bizə verdiyi səlahiyyətə əsaslanaraq köhnə zəlzələ qaydalarına uyğun tikilən binaları köhnəsindən başlayaraq, 2004-cü ilə qədər tikilən bütün binaları sökəcəyik” – deyib.

Oxşar xəbərlər