Bələdiyyə sədrindən subay əməkdaşlara Valentin günü hədiyyəsi
16-02-2023, 12:13
891

Bələdiyyə sədrindən subay əməkdaşlara Valentin günü hədiyyəsi

Filippinin Qezon əyalətindəki bələdiyyələrdən birində maraqlı aksiya həyata keçirilib.
Bələdiyyələrdən birinin sədri subay əməkdaşlara Valentin günü münasibəti ilə əlavə qonorar verib. 
Sədr bildirib ki, subay işçiləri iş vaxtından əlavə saxlayır, istirahət günlərində işə çağırır. Buna görə də onlara 3 günlük maaş məbləğində qonorar ödəyib.
Özü də gec ailə quran sədr subaylara təbrik mesajında yazıb: “Unutmayın ki, sizi də sevən var”.  

Oxşar xəbərlər