Rusiya Müdafiə Nazirliyinin idarə rəisi intihar etdi
16-02-2023, 13:18
1 347

Rusiya Müdafiə Nazirliyinin idarə rəisi intihar etdi

Rusiya Müdafiə Nazirliyinin Qərb Hərbi Dairəsi üzrə maliyyə təminatı idarəsinin rəisi Sankt-Peterburqun Zamşina küçəsində çoxmərtəbəli binanın pəncərələrinin altında ölü tapılıb.
Yerli KİV bildirir ki, 58 yaşlı qadının meyiti yoldan keçənlərin gözünə dəyib. Daha sonra 31 saylı binanın 16-cı mərtəbəsinin eyvanında onun əşyaları və sənədləri aşkar edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin təfərrüatlarını və baş verənləri öyrənməyə başlayıb. İlkin versiyaya görə, Müdafiə Nazirliyinin əməkdaşı intihar edib.

Oxşar xəbərlər