Almaniyanın Ukraynaya hərbi yardımı 3,4 milyard avro təşkil edib
28-02-2023, 11:24
2 141

Almaniyanın Ukraynaya hərbi yardımı 3,4 milyard avro təşkil edib

Almaniyanın müdafiə naziri Boris Pistorius ölkənin Ukraynaya hərbi yardımının “Leopard 2” tankları nəzərə alınmadan, 3,4 milyard avro təşkil etdiyini bildirib.
Bu barədə nazir yerli KİV-ə müsahibəsində bildirib.
“Biz martın ortalarında və ya martın sonunda təhvil veriləcək “Leopard”ları nəzərə almasaq, 3,4 milyard avro məbləğində hərbi yardım göstərmişik”, - deyə nazir bildirib. 
Nazir əlavə edib ki, Kiyevə IRIS-T hava hücumundan müdafiə sistemləri də göndəriləcək.

Oxşar xəbərlər