Daha bir ölkədə güclü zəlzələ oldu
1-03-2023, 11:38
1 391

Daha bir ölkədə güclü zəlzələ oldu

Sakit okeanın cənub-qərbində yerləşən Papua-Yeni Qvineyada 6,5 bal gücündə zəlzələ olub. 
ABŞ Geoloji Xidməti (USGS) Papua-Yeni Qvineyanın Kimbe bölgəsində zəlzələnin 598 kilometr dərinlikdə baş verdiyini açıqlayıb.
"Zəlzələ nəticəsində tələfat hələlik qeydə alınmayıb, lakin afterşoklar bir neçə gün davam edə bilər", - deyə məlumatda qeyd olunub. 
Zəlzələ ilə bağlı bölgədə sunami xəbərdarlığının verilməyib. 

Oxşar xəbərlər