“Nissan” 2030-cu ilə qədər 27 yeni maşın modeli buraxacaq
1-03-2023, 18:33
4 996

“Nissan” 2030-cu ilə qədər 27 yeni maşın modeli buraxacaq

Yaponiyanın “Nissan Motor Co” şirkəti 2030-cu ilə qədər 27 yeni avtomobil modelini təqdim etməyi planlaşdırır.
Xarici media xəbərinə görə, bu barədə şirkətin yaydığı strategiyada qeyd edilir.
Bildirilir ki, 27 yeni modeldən 19-u elektrik mühərrikləri ilə təchiz olunacaq. Həmçinin, 2024-cü il aprelin 1-dən başlayaraq 2024-cü maliyyə ilində şirkət Çin bazarında satış üçün eksklüziv olaraq elektrikli avtomobil təqdim etməyi planlaşdırır.
“Nissan” 2026-cı ilə qədər elektromobillərin, o cümlədən hibridlərin payını Yaponiyada satışların 58 faizinə, Avropada isə 98 faizə çatdırmağı planlaşdırır.

Oxşar xəbərlər