Castin dünya turnesinə davam etməyəcək
2-03-2023, 16:37
6 062

Castin dünya turnesinə davam etməyəcək

Qremmi mükafatlı dünya şöhrətli müğənni Castin Biber dünya turnesini davam etdirməyəcəyini açıqlayıb.
Sənətçi “Justice World Tour” turnesindən qalan bütün konsertləri ləğv etdiyini deyib. Catsin üçün ABŞ, İrlandiya, Fransa, Polşa, Avstraliya, Danimarka, Çexiya və Taylandda çıxış etməsi planlaşdırılan bütün tədbirlər ləğv edilib.
Qeyd edək ki, Biber ötən il sosial şəbəkədə paylaşdığı videoda üzünün sağ nahiyəsinin iflic olduğunu və Ramsay Hunt sindromuna tutulduğunu açıqlamışdı.
Üzünün yarısını hiss edə bilmədiyini deyən pop ulduz, üz iflicinin müvəqqəti olduğunu, ancaq bəzi fəsadlar nəticəsində qalıcı ola biləcəyini bildirmişdi. O, əksər konsertlərini təxirə salınmışdı və bir neçəsinin  keçiriləcəyi gündəmdə gətirilmişdi.

Oxşar xəbərlər