Azərbaycana uçan təyyarə 15 saatdan çox gecikdi
4-03-2023, 13:49
16 126

Azərbaycana uçan təyyarə 15 saatdan çox gecikdi

Koltsovo hava limanında təyyarənin Yekaterinburqdan Bakıya uçması 15 saatdan çox yubanıb.
Rusiya mediası bildirir ki, “İrAero” aviaşirkətinin layneri martın 3-də saat 22:35-də yola düşməli idi. Lakin uçuş əvvəlcə martın 4-ü saat 9:55-ə təxirə salınıb, sonra isə saat 14:00-a keçirilib. Bu barədə məlumat Koltsovo saytındakı onlayn tabloda göstərilib.
Uçuşun gecikməsinin səbəbləri barədə məlumat verilməyib.

Oxşar xəbərlər