ABŞ-də təyyarənin mühərrikinə girən quş sərnişinlərə həyəcan yaşatdı
7-03-2023, 11:04
2 780

ABŞ-də təyyarənin mühərrikinə girən quş sərnişinlərə həyəcan yaşatdı

Kubadan Floridaya (ABŞ) uçuş həyata keçirən təyyarənin mühərrikinə quş girməsi ilə səmada həyəcanlı anlar yaşanıb.
Bununla bağlı şahidlərin çəkdiyi kadrlarda göyərtənin tüstüyə qərq olduğu, sərnişinlərin də təlaşa düşdüyü görünür.
Məlumata görə, fövqəladə vəziyyətlə əlaqədar təyyarə yenidən Havanaya qayıtmaq məcburiyyətində qalıb.
Hadisə nəticəsində zərərçəkənlərin olmadığı vurğulanıb.

Mənbə: RT

Oxşar xəbərlər