Yerə təhlükəli asteroid yaxınlaşır
9-03-2023, 15:50
7 465

Yerə təhlükəli asteroid yaxınlaşır

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) martın 14-də “potensial təhlükəli” asteroid 2023 CM-nin Yer kürəsinin yaxınlığından keçəcəyini açıqlayıb.
Bu barədə NASA-nın Reaktiv Hərəkət Laboratoriyası  (JPL) məlumat yayıb.
NASA-nın məlumatına görə, göy cismin uzunluğu 180 m-dir.
Ondan Yerə olan məsafə təxminən 3,9 milyon km olacaq. Qeyd edilir ki, kosmik qayanın sürəti saatda 50 472 km-dir.

Oxşar xəbərlər