“House of the Dragon”u geridə qoydu
14-03-2023, 12:25
1 013

“House of the Dragon”u geridə qoydu

“The Last of Us” serialının ilk altı seriyası premyerasından bəri orta hesabla 30,4 milyon izləyici tərəfindən baxılıb.
Bu barədə “The Hollywood Reporter” məlumat yayıb.
Bildirilir ki, serial “Game of Thrones” davamı “House of the Dragon”dan daha çox tamaşaçı cəlb edib. “The Last of Us”un final bölümünün bütün HBO platformalarında orta hesabla 8,2 milyon izləyicisi olub. “House of the Dragon” isə orta hesabla 29 milyon nəfər tərəfindən izlənilib.

Oxşar xəbərlər