Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI
16-03-2023, 17:05
6 735

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 162 560 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 504 tank, 6 810 zirehli maşın, 2 539 artilleriya sistemi, 503 reaktiv yaylım atəşi sistemi, 265 hava hücumundan müdafiə sistemi, 305 təyyarə, 289 helikopter, 2 145 PUA, 907 qanadlı raket, 18 gəmi/qayıq, 5 394 avtomobil texnikası və avtosistern, 257 xüsusi texnikadan ibarətdir.

Oxşar xəbərlər