Eşşək südü sabununun bilmədiyimiz FAYDALARI
16-03-2023, 21:09
6 503

Eşşək südü sabununun bilmədiyimiz FAYDALARI

Əksər krem və sabunlardan fərqli olaraq eşşək südü sabunu dərini qıcıqlandırmır. 
Xarici mətbuat xəbər verir ki, eşşək südü sabunu açıq yaralardan başqa bütün dəriyə tətbiq oluna bilər. Dərimizdə yaranan hər cür problemlərin aradan qaldırılmasında böyük əhəmiyyəti olan bu sabun dərini parlaq edir. Digər məhsullarda olduğu kimi bu sabunun da ən vacib şərti müntəzəm istifadə olunmasıdır.
Eşşək südü sabununun dəriyə faydaları nələrdir?
Dəriyə faydalı olan eşşək südü sabunu üzdəki ləkələri, sızanaqları və qırışları aradan qaldırır. Bu sabundan müntəzəm istifadə edildikdə dəri rəngi bərabərsizliyinin və dərinin qaralmasının qarşısı alınır. Bu sabunu ərif toxunuşlarla dəriyə masaj edin və 5 dəqiqədən sonra yuyun. Açıq yaralardan başqa bütün dərilərə tətbiq oluna bilər.

Oxşar xəbərlər