Polşa Kalininqradla sərhəddə ilk HIMARS raket artilleriya sistemlərini yerləşdirəcək
18-03-2023, 10:47
670

Polşa Kalininqradla sərhəddə ilk HIMARS raket artilleriya sistemlərini yerləşdirəcək

Polşa Rusiyanın Kalininqrad vilayəti ilə sərhədin yaxınlığında ilk Amerika HIMARS raket artilleriya sistemlərini yerləşdirəcək.
“Bu il 16-cı mexanikləşdirilmiş diviziya (Kalininqrad vilayəti ilə sərhəd yaxınlığında yerləşdirilib) Amerikanın HIMARS-larını alacaq. Bu, 2019-cu ildə sifariş verilmiş diviziondur. Bildiyiniz kimi, ABŞ Konqresi bizim daha 500 HIMARS buraxılış qurğusu üçün sifarişimizi təsdiqlədi”, - deyə baş nazirin müavini, respublikanın milli müdafiə naziri Mariuş Blaşak bildirib.
O xatırladıb ki, ABŞ Ukraynaya oxşar HIMARS reaktiv sistemləri tədarük edib. “Polşa ordusunun cəbhədə özünü təsdiq etmiş, ukraynalıların əlində çox uğurlu silah olduğunu sübut etmiş silahlarla təchiz edilməsi çox vacibdir”, - deyə polşalı nazir qeyd edib.
Mənbə: NTV.ru

Oxşar xəbərlər