Bir yaşlı uşaq bir neçə mismar uddu və...
18-03-2023, 14:02
22 154

Bir yaşlı uşaq bir neçə mismar uddu və...

Ufada bir yaşlı qız bir neçə mismar udaraq sağ qalıb. 
Bu barədə “Mash Batash” Telegram kanalı məlumat yayıb.
Məlumata görə, valideynlər uşağın nəcisində metal halqalar gördükdən sonra həkimlərə müraciət ediblər. Həkimlər rentgen aparanda qızın qarnında iki iti mismar olduğunu görüblər. Uşağın onları harada tapdığı məlum deyil.
Həkimlər uşağı əməliyyat etməmək qərarına gəliblər və bərk qida vasitəsilə bədəndən yad cisimləri çıxarmağa qərar veriblər. Mismarlar bir neçə gündən sonra özbaşına bədəni tərk edib.

Oxşar xəbərlər