ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi istefa verəcək
21-03-2023, 10:13
12 758

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi istefa verəcək

ABŞ-nin Avropadakı baş diplomatı - dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid öz vəzifəsini tərk edərək bütün diqqətini ailəsinə yönəldəcək.
Bu barədə Dövlət Departamentindən bildirilib.
Donfridin martın sonunda vəzifəsini tərk edəcəyi gözlənilir.
Hazırda istefadan sonra onun vəzifəsini kimin tutacağı ilə bağlı qərar verilməyib.
Mənbə: rbc.ua

Oxşar xəbərlər