İtaliyada Benksinin miqrant xilasetmə gəmisi saxlanılıb
27-03-2023, 11:04
961

İtaliyada Benksinin miqrant xilasetmə gəmisi saxlanılıb

İtaliyanın Lampeduza adasının limanında miqrantları xilas edən və küçə rəssamı Benksi tərəfindən maliyyələşdirilən “Luiza Mişel” adlı gəmi saxlanılıb.
Məlumata görə, gəmi heyəti qeyri-hökumət təşkilatları tərəfindən miqrantlara yardımın yenilənmiş qaydalarını pozub. Lakin ekipaj üzvlərinə həbslə bağlı rəsmi yazılı əsaslandırma təqdim olunmayıb.
Qeyd edək ki, son 4 gün ərzində İtaliyaya dəniz yolu ilə dörd mindən çox qeyri-qanuni miqrant gəlib.
Mənbə: gazeta.ru

Oxşar xəbərlər