Neymar kazinoda 1 milyon avro uduzdu
31-03-2023, 10:28
577

Neymar kazinoda 1 milyon avro uduzdu

Fransanın “Paris Saint-Germain” futbol klubunun və Braziliya millisinin hücumçusu Neymar onlayn kazinoda 1 milyon avro uduzub.
"Twitch"də saatlarla kompüter oyunları oynayan 31 yaşlı futbolçu qumara olan həvəsini açıqlayıb.
Canlı yayımda onlayn kazino oynadığını bildirən Neymar dəqiqələr ərzində 1 milyon avro pul itirib. İtirdiyi puldan sonra ağlayaraq əsəbiləşən Neymar daha sonra gülməyə başlayıb.
 Onun bu hərəkəti sosial şəbəkədə gündəm olub. 


Oxşar xəbərlər