Məktəbli qızın mədəsindən 12 ədəd maqnit tapıldı
1-04-2023, 15:00
18 456

Məktəbli qızın mədəsindən 12 ədəd maqnit tapıldı

Rusiyanın Tula Respublikasında 10 yaşlı qızın mədəsindən 12 ədəd maqnit aşkarlanıb.
Yerli KİV bildirir ki, azyaşlı qız yüksək hərarət və şiddətli öskürək ilə xəstəxanaya aparılıb. Müayinə zamanı həkimlər uşağın mədəsində maqnit topları aşkar ediblər.
Əvvəlcə həkimlər xəstədə pnevmoniya olmasından şübhələniblər, lakin əlavə müayinələrdən sonra iltihab prosesinin məktəbli qızın udduğu maqnit topları tərəfindən yarandığı məlum olub. Qızın valideynlərinin sözlərinə görə, azyaşlı səhhətindən şikayət etməyib və udulmuş maqnitlər barədə onlara heç nə deməyib.
Uşağın mədəsindən 12 yad cismi çıxarmaq üçün cərrahlara bir saatdan çox vaxt lazım olub. İndi heç nə qızın həyatına və sağlamlığına təhlükə yaratmır, o, artıq xəstəxanadan buraxılıb.

Oxşar xəbərlər