Parisdə skuterlər qadağan edilir - SƏBƏB
3-04-2023, 21:36
9 270

Parisdə skuterlər qadağan edilir - SƏBƏB

Fransanın paytaxtı Parisdə böyük müzakirələrə və qəzalara səbəb olan skuterlərə qarşı diqqətçəkən səsvermə keçirilib.
Paris əhalisinin 90 faizi skuterlərin qadağan edilməsinə səs verib. 
Bildirilib ki, 2018-ci ildə daha ekoloji cəhətdən təmiz və daha sürətli ictimai nəqliyyat üsulu kimi Paris bələdiyyəsi tərəfindən dəstəklənən skuterlərin sayının artması ilə qəza və ölüm hallarının sayı artıb. Rəsmi məlumatlara görə, 2022-ci ildə elektrik skuterlərinin səbəb olduğu qəzada 3 nəfər ölüb, 459 nəfər yaralanıb.
Paris küçələrində 15 minə yaxın elektrik skuterinin olduğu təxmin edilir.

Oxşar xəbərlər