Milla Yovoviç ortancıl qızının şəkillərini paylaşdı
3-04-2023, 10:48
486

Milla Yovoviç ortancıl qızının şəkillərini paylaşdı

Aktrisa, model Milla Yovoviç ad günü olan ortancıl qızının fotolarını paylaşıb. Deşillin səkkiz yaşı tamam olub.
“Şirin, mehriban, diqqətli və ən sevimli qızım Deşin 8 yaşını təbrik edirəm! O, həqiqətən də ailəmizin dayağıdır”, - ulduz yazıb.
Qeyd edək ki, aktrisanın “Resident Evil” filminin çəkiliş meydançasında tanış olduğu ingilis rejissor Pol Andersondan üç övladı var. Cütlük Deşilldən başqa 15 yaşlı Ever və 3 yaşlı Oşini də böyüdür.

Oxşar xəbərlər