Klint İstvud karyerasını bitirir
4-04-2023, 23:26
8 863

Klint İstvud karyerasını bitirir

Əfsanəvi aktyor və rejissor Klint İstvud karyerasını bitirməyə hazırlaşır.
92 yaşlı sənətçinin hazırda üzərində çalışdığı "2 nömrəli münsiflər heyəti" adlı filmi onun sonuncu və 40-cı işi olacaq.
Ekran işinin çəkilişlərinə bu il start veriləcək.
Qeyd edək ki, 1971-ci ildən rejissorluq edən Klint İstvud birinci "Oskar" mükafatını "Bağışlanmayan" filminə görə alıb.

Oxşar xəbərlər