"Navalnı" haqqında sənədli film "Oskar" qazandı
13-03-2023, 18:59
8 944

"Navalnı" haqqında sənədli film "Oskar" qazandı

ABŞ-ın Los-Anceles şəhərində 95-ci "Oskar" mükafatlandırma mərasimi keçirilib.
Kanadalı rejissor Daniel Roerin “Navalnı” filmi “Ən yaxşı sənədli film” nominasiyasında mükafata layiq görülüb.
"Ən yaxşı qısametrajlı bədii film" mükafatını isə Tom Berkli və Ross Uaytın "İrlandiya sayağı vida" filmi qazanıb.
Bununla yanaşı, "Oskar"mükafatı qazanan aktrisa isə Mişel Yeoh olub.  O “Hər şey hər yerdə və dərhal" filmindəki roluna görə "ən yaxşı aktrisa" nominasiyası üzrə "Oskar" mükafatını qazanıb. Amerika aktyoru Brendan Freyzer "Balina" ("The Whale") filmindəki roluna görə "ən yaxşı aktyor" kateqoriyasında "Oskar" mükafatını alıb.

Oxşar xəbərlər