Dilənçinin üstündən o qədər pul çıxdı ki, polis çaş-baş qaldı
4-04-2023, 15:44
1 008

Dilənçinin üstündən o qədər pul çıxdı ki, polis çaş-baş qaldı

Türkiyənin Adana şəhərində dilənçi saxlanılıb.
Yerli media bildirir ki, Sarıçam Bələdiyyəsi Polis Şöbəsinin qrupları Ramazan ayından istifadə edərək vətəndaşların hisslərini istismar edən və pul qazanan dilənçilərə qarşı tədbir görüb. Polis bölməsinə aparılan bir dilənçinin üzərindən isə 2 min 110 lirə (təxminən 186 manat) pul tapıldı. Pulun miqdarı polisləri də çaş-baş salıb.
Məlum olub ki, dilənçi səhərdən günortaya kimi vətəndaşların dini hisslərindən sui-istifadə edərək bu pulu alıb. Onun pulu müsadirə edilib və barəsində inzibati tədbir görülüb.



Oxşar xəbərlər