Rusiya telekanallarını yayımlayan 50-dən çox sayt bloklandı
6-04-2023, 11:15
1 043

Rusiya telekanallarını yayımlayan 50-dən çox sayt bloklandı

Estoniya Avropa İttifaqının sanksiyalarından yan keçərək Rusiya telekanallarına baxmağa imkan verən daha 53 saytı bloklayıb.
Bu barədə Estoniya İstehlakçıların Hüquqlarının Müdafiəsi və Texniki Nəzarət Departamenti məlumat yayıb.
“İnformasiya məkanını qorumaq və sanksiyaları tətbiq etmək üçün Estoniya 195 internet saytına və 51 telekanala girişi məhdudlaşdırıb”, - məqalədə deyilir.
Qeyd olunub ki, departament televiziya kanallarını və internet saytlarını izləməyə davam edir və beynəlxalq sanksiyalara görə Estoniyada dayandırılması lazım olan telekanallar və internet saytları barədə telekommunikasiya şirkətlərinə məlumat verməyə davam edəcək.
Ölkədə Rusiya kanallarının mühüm informasiya mənbəyi kimi qeyd edilməsi il ərzində 33%-dən 11%-ə, etibarı isə 40%-dən 18%-ə düşüb.

Oxşar xəbərlər