Saakaşvili Polşada mükafata layiq görüldü
13-04-2023, 12:22
622

Saakaşvili Polşada mükafata layiq görüldü

Gürcüstanın hazırda həbsdə olan keçmiş prezidenti Mixail Saakaşviliyə Polşanın mərhum prezidenti Lex Kaçinskinin şərəfinə təsis edilən Promethean Mükafatı verilib.
Bu barədə "Novosti-Georgia" məlumat dərc edib. 
Mükafat Saakaşvilinin anası Giuli Alasaniya və onun dostu, fransız yazıçısı və jurnalisti Bernard Henri Leviyə təqdim olunub. 
"Oun Polşada və ya başqa ölkədə müalicəsi üçün əlimizdən gələni edəcəyik. Biz bunun baş verməsi üçün Gürcüstan hökumətinə təzyiq göstərməyə davam edəcəyik", - deyə Avropa Parlamentinin üzvü və Polşanın keçmiş xarici işlər naziri Anna Fotıqa  mükafatlandırma mərasimində bildirib. 
Polşa Prezidenti Andrey Duda mükafat laureatlarına təbriklərini çatdırıb.

Oxşar xəbərlər