"Bütün dünya ABŞ-a nifrət edir" - Süleyman Soylu
19-04-2023, 13:28
874

"Bütün dünya ABŞ-a nifrət edir" - Süleyman Soylu

Türkiyənin daxili işlər naziri Süleyman Soylu ABŞ-ın dünyadakı siyasətini sərt şəkildə tənqid edib.
"Aydınlık" qəzeti xəbər verir ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu Böyük Britaniyada ard-arda 3 baş nazirin dəyişdirilməsini əsas gətirərək ABŞ və Avropada demokratiyanın sınaqdan çıxmadığını bildirib.
Soylu Aİ-nin bu gün mövcud olmadığını və sadəcə ABŞ-ın əlavəsi olduğunu iddia edib.
"ABŞ get-gedə öz reputasiyasını itirir və bütün dünya ABŞ-a nifrət edir", - türkiyəli nazir bildirib.

Oxşar xəbərlər