Meksikada meşə yanğınları 3 gündür davam edir - Ölən var
1-05-2023, 11:16
2 170

Meksikada meşə yanğınları 3 gündür davam edir - Ölən var

Meksikanın Xalisko ştatında meşə yanğınları 3 gündür ki, davam edir. 
Xarici KİV xəbər verir ki, Tapalpa şəhərində başlayan meşə yanğınını söndürməyə çalışan bir yanğınsöndürən həlak olub.
Yanğının söndürülməsi regional yanğınsöndürmə idarəsi və ətraf bələdiyyələrdən təşkil olunmuş 291 nəfərlik qrup və 2 helikopterin dəstəyi ilə davam etdirilir.
Ərazidə yaşayan 260 nəfər təxliyə olunub. 

Oxşar xəbərlər